Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında Azərbaycanın bayraqdarları bəlli olub.Sevindirici haldır ki, ölkəmizin bayraqdarlarının hər ikisi “Neftçi” İdman Klubunun təmsilçiləri olacaq. Belə ki, kişilərdən atletimiz Nazim Babayev, qadınlardan isə cüdoçumuz Gültac Məmmədəliyeva bayraqdar vəzifəsini icra edəcək.Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 28 iyul – 8 avqustda təşkil olunacaq.