“Neftçi” İdman Klubunun atıcısı Leyli Əliyeva Koreyanın Çanqon şəhərində gənclər arasında keçirilən dünya birinciliyində inamla çıxış edərək böyük uğura imza atıb. Təmsilçimiz qızlar arasında 50 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışında (KÇTÇ-4) 510 xal toplayaraq mötəbər yarışın bürünc medalına sahib olub.Qeyd edək ki, iyulun 14-də startı verilmiş birincilik ayın 25-dək davam edəcək.