Bu gün “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş SOCAR-ın müəssisələri və birgə müəssisələrin işçiləri arasında üzgüçülük idman növü üzrə yarış keçirilib. “Astoriya” Fitnes və Spa Mərkəzinin hovuzunda ​ təşkil olunan turnirdə 14 komandadan 51 iştirakçı (9 qadın, 42 kişi) qalib adı uğrunda mübarizə aparıb. Yarış kişi və qadınlar arasında ayrılıqda sərbəst üzmək üsulu ilə şəxsi və komanda hesabında keçirilib. Qadınlar 25 metr, kişilər isə 50 metr məsafəyə üzməklə yarışıblar.Turnirin keçirilməsində əsas məqsəd neftçilərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də digər təşkilatlar arasında keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün üzgüçülük üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.Turnirdə qadınların şəxsi mübarizəsində Rübabə Məmmədova (24,12, “BOS Şelf”) iştirakçılar arasında finişə ən tez çatıb. Ülviyyə Cəbiyeva (27,0, Bakı Ali Neft Məktəbi) ikinci, Ləman Niyazlı (43,94, “Azərkimya” İstehsalat Birliyi) isə üçüncü yeri tutub.Kişilərin şəxsi yarışında Stanislav Baykov (28,06, ​ “Azneft” İB) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağasəf Abdullayev (31,98, Bakı Ali Neft Məktəbi) ikinci, Fərid Əliyev (32,36, “SOCAR Petroleum” QSC) isə üçüncü pillədə qərarlaşıb.Qadınların komanda yarışında “BOS Şelf” MMC-nin kollektivi (1:29,54 – Rübabə Məmmədova (24,12), Çinarə Piriyeva (28,62), Sevda Məmmədova (36,8)) qalib adını qazanıb. “Azərkimya” ( 2:44,01 – Ləman Niyazlı (43,94), Zərifə Məmmədova (1:00,0), Esmira Şirinova (1:07,0)) və Bakı Ali Neft Məktəbinin (2:58,21 – Ülviyyə Cəbiyeva (27,0), Cahan Qarayeva (32,71), Aysel Mikayılova (1:58,50)) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.Kişilərin komanda yarışında “SOCAR Polymer” MMC-nin kollektivi (1:41,95 – Vüqar Əhmədli (33,07), Murad Bəxtiyarov (33,64), Rüstəm Ağayev (35,24)) digər rəqiblərini üstələyərək liderliyə yüksəlib. Bakı Ali Neft Məktəbi (1:46,33 – Ağasəf Abdullayev (31,98), Nicat Həsənov (36,31),Ruslan Nərimanov (38,04)) ikinci, Təhlükəsizlik İdarəsinin komandası (1:58,02 – Elşən Nəbizadə (38,16), Mərdan Məmmədov (39,52), Emin Məmmədov (40,34)) isə üçüncü olub.Şəxsi və komanda yarışlarında I, II, III yeri tutmuş idmançılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.