“Neftçi” İdman Klubunun üzgüçüsü, üçqat paralimpiya çempionu Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 100 metr məsafəyə sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.Qeyd edək ki, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.