“Neftçi” İdman Klubunun  paracüdoçusu Şəhanə Hacıyeva Hollandiyanın  Rotterdam şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız inamla çıxış edərək qitə çempionatının qızıl medalını qazanıb.Qeyd edək ki, bu, Azərbaycan yığmasının mötəbər yarışda əldə etdiyi ilk medaldır.