İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya birinciliyi davam edir.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kq) mundialda inamla mübarizə apararaq finala qədər irəliləyib. Pəhləvanımız macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək dörddəbir  finala yüksəlib.  Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub – 5:1. O, yarımfinalda  iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb – 9:0. Fərid Sadıxlı final qarşılaşmasında  qazaxıstanlı İsxar Kurbayevlə üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə məğlub olan idmançımız dünya birinciliyinin gümüş medalına sahib olub.