AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Azərbaycan çempionatında dördüncü turun oyunlarına yekun vurulub.Bu tur çərçivəsində “Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası “Zirə” ilə üz-üzə gəlib. Bakı Ali Neft Məktəbinin  stadionunda gerçəkləşən matçda  təmsilçimiz rəqibinə  1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın taleyini həll edən yeganə qola futbolçumuz Elmir Əkbərov imza atıb.Xatırladaq ki, bu mövsüm  məğlubiyyət tanımayan  komandamız indiyədək iki görüşdə qələbə qazanıb, iki  oyunda isə heç-heçə edib.