Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turniri davam edir.
Bu gün “Neftçi” İdman Klubunun daha bir cüdoçusu mötəbər yarışda böyük uğura imza atıb. Belə ki, idmançımız Ömər Rəcəbli (81 kq) finalda rusiyalı Abdul-Kerim Tasuyevi məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, ötən gün klubumuzun cüdoçularından Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medala sahib olmuşdu.Qeyd edək ki, “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq.
