“Neftçi” İdman Klubunun paralimpiyaçı güllə atıcısı Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatında qızıl medala yiyələnib. Paraatletimiz 50 metr məsafəyə atəşaçma yarışında  220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, idmançımız bu nəticə ilə Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.