Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan boksçusu Tural Sarıyev yarışın medalçıları arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turniri üçüncü pillədə başa vurub.