2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər.”Neftçi” bu hazırlıq çərçivəsində Xaçmaz təmsilçisi NTD INDIGO ilə yoxlama görüşü keçirib. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan qarşılaşma təmsilçimizin 98:90 hesablı qələbəsi ilə sona yetib.Xatırladaq ki, NTD INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medala sahib olmuşdu.