Ötən gün Nardarandahəlak olan
polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev bu gün ikinci Fəxri
Xiyabanda torpağa tapşırılıblar.”Neftçi İdman Klubu”nun kollektivi qəhrəmancasına
həlak olmuş polislərimizin məzarlarını ziyarət edib. Mərhumların qəbirləri
üzərinə əklil qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində klubun
idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov polislərimizin göstərdiyi
qəhrəmanlıqdan söhbət açaraq, onların Azərbaycanın tarixinə düşdüklərini və hər
bir ölkə vətəndaşının xatirəsində əbədi yaşayacaqlarını qeyd edib.Qeyd edək ki, Vüqar Nəsibov və İsmayıl Tağıyev
noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində
təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və
din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin
zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olublar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər
iki polis əməkdaşını ölümündən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin
qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edib.Qeyd edək ki, kikboksinq üzrə dəfələrlə beynəlxalq
yarışların qalibi olmuş Vüqar Nəsibov “Neftçi İdman Klubu”nun kikboksinq üzrə
məşqçi-müəllimi idi.Allah rəhmət eləsin!