3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürüb.
Fəvvarələr meydanında təşkil olunan yarışda “Neftçi SOCAR” komandası da mübarizə aparacaq. Təmsilçimiz əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar müvafiq olaraq saat 16:15 və 18:05-də keçiriləcək.
Qeyd edək ki, Dünya Qadın Seriyasının Bakı mərhələsinə iyulun 19-da yekun vurulacaq.
