“Neftçi İdman Klubu”nun taekvondoçusu Ayxan Tağızadə ilk Avropa oyunlarının qızıl medalına sahib oldu.Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib – 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. “Neftçi İdman Klubu”nun üzvü olimpiya çempionunu 7:5 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.Finalda idmançımızpolşalı Karol Robakla üz-üzə gəlib. Ayxan Tağızadə əlavə vaxtı rəqibini məğlub edərək qızıl medala sahib oldu.