Fevralın 27-də Çexiyanın paytaxtı Praqada start
götürmüş cüdo üzrə Avropa kuboku sona çatıb. 59 ölkədən 315 idmançının
qatıldığı yarışda Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunub.Yarışın sonuncu günü idmançılarımız üçün uğurlu
alınıb. Belə ki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağa
müvəffəq olublar. Onlardan Məmmədəli Mehdiyev (90 kq) qızıl, Uşanqi Kokauri
(+100 kq) isə bürünc medala yiyələnib.”Neftçi İdman Klubu”nun yetirməsi olan Məmmədəli
Mehdiyev Hollandiya təmsilçisi Riko Harder, finlandiyalı Samuli Vitanen və
Litva idmançısı Karolis Bauzanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə
polşalı Patrik Çexomski üzərində təmiz qələbə qazanan cüdoçumuz finala vəsiqə
qazanıb. Həlledici qarşılaşmada Məmmədəli Mehdiyev İspaniya idmançısı David
Ruisi məğlubiyyətə uğradaraq Avropa kubokunun qalibi adını qazanıb.