Bakı Slavyan Universitetinin idman zalında yeniyetmə
və gənc badmintonçular arasında Bakı şəhər birinciliyi keçirilib. 2002-2003 və
2000-2001-ci il təvəllüdlülər arasında təşkil olunan paytaxt yarışında 131
idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun 2002-2003-cü illər təvəllüdlü
badmintonçularından Ülvi Əhmədov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər
üçündə qızıl medala yiyələnib. Adəm Əliyev şəxsi yarışlarda gümüş medala layiq
görülüb. Digər idmançımız Vaqif İsmayılov qoşa yarışlarda 1-ci, şəxsi və
qarışıq-qoşa yarışlarda isə 3-cü yeri tutub.2000-2001-ci illər təvəllüdlü badmintonçuların
yarışında klubun yetirməsi Səbuhi Hüseynov şəxsi, qoşa və qarışıq-qoşa
yarışlarının hər birində Bakı birinciliyinin qalibi adını qazanıb. Ülvi Əhmədov
şəxsi, Vaqif İsmayılov isə qoşa yarışlarında gümüşmedal
əldə ediblər. Adəm Əliyev isə qoşa yarışlarda bürünc medala sahib olub.