Voleybol üzrə kişilər arasında keçirilən Azərbaycan
çempionatı başa çatıb. Altı ay gərgin mübarizə şəraitində davam edən
çempionatın final qarşılaşması “Azərreyl” İdman Bazasında təşkil olunub.
Həlledici görüşdə “Neftçi İdman Klubu” ilə Ali Hərbi Məktəbin komandası üz-üzə
gəlib. Komandamız rəqibini 3:1 hesabı ilə məğlub edərək xallarının sayını 18-ə
çatdırıb və ölkə çempionu adını qazanıb.”Ali Hərbi Məktəb” 13 xalla 2-ci, komandamızın
yarımfinalda 3:0 hesabı ilə məğlub etdiyi “Nəqliyyatçı” isə 12 xalla 3-cü yeri
tutub.Beləliklə, “Neftçi İdman Klubu”nun komandası 2015-2016-cı
il mövsümündə voleybol üzrə kişilər arasında Azərbaycan çempionu olub.
Xatırladaq ki, voleybolçularımız 2014-2015-ci il mövsümündə də çempion
olmuşdular.Baş məşqçi Elçin Orucov və çempion komandanın üzvləri
qazandıqları kuboku böyük sevinclə “Neftçi İdman
Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova təqdim ediblər.