“Neftçi İdman Klubu”nun təmsilçisi Samir Cəbrayılov Ukraynada keçirilən
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Ukraine”
veloyürüşündə böyük uğura imza atıb. Belə ki, idmançımız üç mərhələli yarışın
161,6 kilometrlik birinci mərhələsində 3 saat, 54 dəqiqə, 32 saniyə nəticə ilə
3-cü yeri tutub. Klubun yetirməsi həm dəyaşı 23-dək olan
ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyə sahib olub.