“Neftçi İdman Klubu”nun yetirməsi Samir Cəbrayılov Ukraynada keçirilən
Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix of İSD”
turnirində yüksək nailiyyət əldə edib. 153 kilometr məsafəni qazaxıstanlı
Nurbolat Kulimbekovla eyni vaxtda keçən velosipedçimiz rəqibindən azacıq geri
qalıb. O, 3 saat, 25 dəqiqə, 24 saniyə nəticə ilə “Grand Prix of İSD” yarışını
2-ci pillədə başa vurub.