“Neftçi İdman Klubu”nun təmsilçisi, 84 kq çəki dərəcəsində
mübarizə aparan Hacımurad Purtiyev İtaliyanın paytaxtı Romada keçirilən
qraplinq üzrə Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. İdmançımız
yarışda böyük əzm nümayiş etdirərəkqitə çempionatının
gümüş medalını qazanıb. İtaliya, Ukrayna və İspaniya təmsilçiləri üzərində qələbə
qazanan Hacımurad finala yüksəlib. O, yalnız həlledici qarşılaşmada Fransa
idmançısına məğlub olub və fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.