“Neftçi
İdman Klubu”nun futbol sektoru tərəfindən Bakıxanov qəsəbəsində yerləşən İsmət
Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında
seleksiya xarakterli turnir keçirilib. Turnirin keçirilməsində əsas məqsəd klubun
bu yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsi və
yarışlarda iştirak edən, eləcə də baxış üçün yoxlama oyunlara qatılan yeniyetmə
istedadlı futbolçuları aşkar etmək və müvafiq yaş qruplarına cəlb etmək idi.
İki gün davam edən turnirdə Rəvan Qarayev, Fərid Allahverdiyev, Nihat Qurbanov,
İnqilab Ağazadə, Emil Hüseynov, Sadiq Babayev, Elşən Babayev, Ömər Mirzəyev və
Rüfət Rüstəmov kimi istedadlı yeniyetmə futbolçular məşqçilər tərəfindən bəyənilərək
müvafiq yaş qruplarına cəlb olunublar.Qeyd edək
ki, klubun futbol sektoru iyul ayında Siyəzən şəhərində U-13, U-14 və U-15
komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnir təşkil
etmişdi.