• İyun 27, 2024
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Nicat İsgəndərli Serbiyanın Novi Sad şəhərində on yeddi yaşadək (U-17) idmançılar arasında keçirilən Avropa birinciliyində mükafata layiq görülüb. Qırx beş kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada norveçli Abubakar Saqaya 10:6 hesabı ilə qalib gəlib və nüfuzlu yarışın bürünc medalını qazanıb.