• Sentyabr 11, 2024
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında 2 medal qazanıblar. İdmançılarımızdan Emil Həsənov (74 kq) qazaq güləşi yarışında gümüş medala sahib olub. Cəsur Mehdiyev (80 kq) isə alış idman növündə bürünc mükafata layiq görülüb.