• May 1, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Sumqayıt Təlim-İdman Zalında cüdo məşqçiləri üçün seminar keçirilib. Klubun bu idman növü üzrə baş məşqçisi Tərlan Poladlının rəhbərliyi altında keçirilən tədbirdə məşqlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə məşqin qurulması, aparılması və metodikası haqda qarşılıqlı fikir mübadiləsi aparılıb. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra fəndlər əyani şəkildə nümayiş olunub. “Neftçi” İdman Klubunun Sumqayıt bölməsinin məşqçiləri üçün təşkil olunan seminarda ümumi məşq proqramı tərtib etmək haqda tövsiyələr verilib.