
Yeniyetmələr (2011-2013) arasında yunan-Roma güləşi üzrə “Neftçi” İdman Klubunun birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan və Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin güləş zalında təşkil olunan yarışda 90-dan artıq idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Turnirin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün yeniyetmə idmançılar arasında təntənəli şəkildə qeyd edilməsi, idmançıların hazırlıq səviyyəsinin yoxlanılması, gənc və perspektivli idmançıların müəyyən olunması və “Neftçi” İdman Klubunun həmin yaş qrupunda yığma komandasının müəyyən edilməsindən ibarət idi.
Gərgin mübarizə şəraitində keçən birincilikdə Ravil Məmmədov (26 kq), Zaur Mirzəfərov (29 kq), Osman Tarverdiyev (32 kq), Cahid Feyzullayev (35 kq), Ümüd Əliyev (38 kq), Xoşbəxt Məmmədov (41 kq), Murad Abdullazadə (44 kq), Sadiq Vəlizadə (48 kq), Ömər Abdullazadə (52 kq) və Səfər Abdullayev (57 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıblar.
Fəxri kürsüdə yer alan güləşçilər “Neftçi” İdman Klubunun diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Medalçıları təqdim edirik:
26 kq
1). Ravil Məmmədov
2). İbrahim Fətəlizadə
3). Məhəmmədəli Əmirbəyli
3). Fikrət Bayramzadə
29 kq
1). Zaur Mirzəfərov
2). Əhməd Nəzərov
3). Ağamirzə Bağırov
3). Tunar Şaxbuladzadə
32 kq
1). Osman Tarverdiyev
2). Rafiq Hacızadə
3). Raul Hüseynov
3). Ömər Əlizadə
35 kq
1). Cahid Feyzullayev
2). Əvəz Süleymanov
3). Eynur Abasov
3). Hüseyn Hüseynzadə
38 kq
1). Ümüd Əliyev
2). Aslan Aslanlı
3). Murad Əlizadə
3). Məhəmməd Zeynalov
41 kq
1). Xoşbəxt Məmmədov
2). Eyvaz Abasov
3). Nihad Heydərov
3). Rəsul Rəsulov
44 kq
1). Murad Abdullazadə
2). Səməd Səmədzadə
3). Nihad İmanov
3). Rahil Əmirov
48 kq
1). Sadiq Vəlizadə
2). Əhməd Əlisoy
3). Məhəmməd Məmmədov
3). Rövşən Məmmədov
52 kq
1). Ömər Abdullazadə
2). Əli Bədəlzadə
3). Əli Tahirov
3). Vasif Aslanlı
57 kq
1). Səfər Abdullayev
2). Məmməd Əlisoy
3). Mikayıl Əmirli
3). Hüseyn Həsənli
62 kq
1). Əli Rzayev
2). Əhməd Saleh
3). Zakir Əhədzadə
3). Kənan Əliyev
62+kq
1). Xalid Məmmədli
2). Hüseyn Əmirli
3). Rəsulxan Rəsulov
3). Əmrah Aslanov
















