• May 17, 2025
  • Redactor Neftchi
  • 0

İranın Behşehr şəhərində 20 yaşadək sərbəst güləşçilər arasında keçirilən “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçilərindən Omar Gülməmmədov (74 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanıblar. Digər təmsilçimiz Nurlan Ağazadə (70 kq) isə yarışı üçüncü pillədə başa vurub.