• May 27, 2025
  • Redactor Neftchi
  • 0

Ağdam Olimpiya İdman Kompleksində yeniyetmə samboçular arasında açıq respublika turniri keçirilib. Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş yarışda 15 komandadan 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin 10 medalına (3 qızıl, 3 gümüş, 4 bürünc) yiyələniblər. Samboçularımızdan Sadiq Əhməd (42 kq), Rövlan Aşırlı (49 kq) və Sadiq Nadirov (79 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sahib İbrahimzadə (42 kq), Əli Axundov (49 kq), Toğrul Kərimli (58 kq) ikinci, Nihad Dayanov (53 kq), Elgün Şirəlizadə (79 kq), Asim Səlimli (88 kq) və Hüseyn Muradov (+88 kq) isə üçüncü yeri tutublar.