
“Neftçi” İdman Klubu adından xalqımızı islam aləminin ən sevimli bayramlarından olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Birlik, bərabərlik və qardaşlıq rəmzi olan bu əziz gündə dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunmasını arzulayırıq. Mübarək bayramın hər birinizin ailəsinə əmin-amanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirməsini diləyirik.