
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa birinciliyi davam edir. Bu gün yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan daha bir yunan-Roma güləşçisi – Abdurrahman Hüseynli (45 kq) əzmlə mübarizə apararaq finala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Saba Abaşidzeyə tam üstünlüklə (9:0) qalib gəlib və Avropa çempionu olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Rihad İbrahimli (110 kq) qızıl, Qurban Məcnunov (48 kq) isə bürünc medal qazanmışdı.