
Böyük cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 42 klub və idman cəmiyyətindən 131 cüdoçu (109 kişi, 22 qadın) 13 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri Nihad Məmişov (60 kq) və Nəriman Mirzəyev (73 kq) turnirin bürünc medalına sahib çıxıblar.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.