• İyun 17, 2025
  • Redactor Neftchi
  • 0

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Bu gün “Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan daha bir cüdoçusu bürünc medal qazanıb. Doxsan kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elcan Hacıyev üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Qeyd edək ki, ötən gün klubumuzun digər cüdoçusu Zelim Tçkayev də (81 kq) dünya üçüncüsü olmuşdu.