
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində cüdo üzrə U-14 və U-17 Liqa yarışının II turu keçirilib.
U-14 Liqa yarışında “Neftçi” İdman Klubunun təmsilçilərindən Rəsul Qerixanov (+73 kq) gümüş, Sevinc Məmmədzadə (52 kq) isə bürünc medal qazanıb.
U-17 Liqa yarışında idmançılarımızdan Rəvan Abuşzadə (50 kq) və Yağmur Əhmədzadə (52 kq) ikinci yeri tutublar. Sevil Abdullazadə (52 kq), Ayan Zeynalı (57 kq) və Seymur Muradov (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.