• İyun 21, 2025
  • Redactor Neftchi
  • 0

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar IJF-nin Atletlər Komissiyasına nümayəndələrini seçib. Seçki nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.
“Neftçi” İdman Klubunun təmsilçisi, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.
Qeyd edək ki, yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.