
“Neftçi” İdman Klubunun təmsilçiləri Tatarıstanın Kazan şəhərində keçirilən kəmər güləşinin koreş növü üzrə yeniyetmələr arasında dünya birinciliyində mükafata layiq görülüblər. İdmançılarımızdan Nuhan Müzəffərov (55 kq) və Ramil Malıyev (70 kq) əzmlə mübarizə apararaq mundialın gümüş medallarına sahib olublar.