• İyul 2, 2025
  • Redactor Neftchi
  • 0

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür.
Bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.
1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.
Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.
Azərbaycanda fəaliyyət göstərən bütün idman jurnalistlərini bu gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.