• İyul 2, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun daha bir yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa birinciliyində mükafata layiq görülüb. Altmış yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fəraim Mustafayev üçüncü yer uğrunda görüşdə türkiyəli Abdullah Keskinə 7:5 hesabı ilə qalib gələrək nüfuzlu yarışın bürünc medalını qazanıb.

Xatırladaq ki, ötən gün digər yunan-Roma güləşçimiz Davud Məmmədov (77 kq) gümüş medala sahib olub.