“Neftçi” İdman Klubunun ağırlıqqaldıranları Gürcüstanda keçirilən “Kakhi Cup-2025” beynəlxalq turnirində mükafata layiq görülüblər.

Təmsilçilərimizdən İsa Rüstəmov toplamda 321 kq (145+176) ağırlığın öhdəsindən gəlib və yarışın bürünc medalını qazanıb. Digər atletimiz Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə altıncı olub.

Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.