
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə 12 dövlət qurumunu təmsil edən 30 əməkdaş (18 kişi, 12 qadın) bacarığını nümayiş etdirib.
Qadınlar arasında təşkil olunan yarışda SOCAR-ın təmsilçisi İlahə Hacıyeva üçüncü yeri tutub.
Qeyd edək ki, SOCAR komandası yarışda tam heyətlə (2 kişi, 2 qadın) çıxış edib. Bu komanda ötən həftə neft, qaz, kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilmiş kamandan oxatma yarışının qalib və mükafatçılarından formalaşıb.





