
SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.
Qeyd edək ki, yarışda 29 komanda 7 qrupda mübarizə aparır.
Nəticələri təqdim edirik:
“Suraxanı” Əməliyyat Şirkəti – Təhlükəsizlik idarəsi – 3:1
“Bibiheybətneft” NQÇİ – “Balaxanı” Əməliyyat Şirkəti – 0:6
“SOCAR Petroleum” – “Qaz İxrac” İdarəsi – 1:3
“SOCAR Downstream” Management – EKOL – 4:0
Karbamid Zavodu – “Azərkimya” İstehsalat Birliyi – 5:0
Bakı Ali Neft Məktəbi – SOCAR KBR – 2:3
Kompleks Qazma İşləri Tresti – Nəriman Nərimanov adına NQÇİ – 3:2
Geofizika və Geologiya İdarəsi – Metanol Zavodu – 3:5





























