“Neftçi” İdman Klubunun təmsilçisi, paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasındakı liderliyini qoruyub. O, Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni reytinq cədvəlində 662.85 xalla liderliyini davam etdirir.
Klubumuzun digər idmançısı, Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov (58 kq) isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.