• Avqust 18, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçusu Könül Əliyeva Valensiya şəhərində keçirilmiş İspaniya Kubokunda mükafata layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız yarışın bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq cüdoçu qalib adı uğrunda mübarizə aparıb.