• Sentyabr 3, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında velosiped idmanı üzrə yarış keçirilib. Veloparkda təşkil olunan turnirdə 14 komandanın tərkibində 37 iştirakçı (15 qadın, 22 kişi) mübarizə aparıb.Qadınlar arasında Aysel Nəsirova (“SOCAR Polymer” Zavodu) turnirin qalibi adını qazanıb. Liliya Xametova (“Neftqaztikinti” Tresti) ikinci, Xanım Əhmədova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) isə üçüncü olub.Kişilərin mübarizəsində Ceyhun Məhərrəmli (Nəqliyyat İdarəsi) liderliyə yüksəlib. Rüstəm Rüstəmov (“SOCAR Polymer” Zavodu) ikinci,Vüsal Nadirli (“Azərkimya” İstehsalat Birliyi) isə üçüncü yerə çıxıb.

Medalçılar “Neftçi” İdman Klubunun diplom, medal və hədiyyələri ilə mükafatlandırılıb.