
“Neftçi” İdman Klubunun təmsilçisi Nihad Məmişov (60 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa birinciliyində inamla çıxış edərək böyük uğura imza atıb. Yeniyetmələr arasında ikiqat dünya çempionu olan cüdoçumuz finalda italiyalı Françesko Sampino üzərində qələbə qazanıb və qızıl medala sahib olub.