
“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən atletika turnirinə yekun vurulub. Yarışda 8 komandadan 38 iştirakçı (15 qadın, 23 kişi) çıxış edib.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda Xalidə Cəfərova (SOCAR Downstream Management) turnirin qalibi olub. Esmira Nəsrəddinova (“Neftqaztikinti” Tresti) ikinci, Zərifə Vəliyeva (“SOCAR Polymer” Zavodu) isə üçüncü yeri tutub.
400 metr məsafədə Liliya Xametova (“Neftqaztikinti” Tresti) finişə hamıdan tez çatıb. Esmira Cəfərova (“SOCAR Polymer” Zavodu) və Ləman Niyazlı (“Azərkimya” İstehsalat Birliyi) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Uzunluğa tullanma yarışmasında Zərifə Məmmədzadə (“Azərkimya” İstehsalat Birliyi) liderliyə yüksəlib. Afət Qəhrəmanova (“Azərkimya” İstehsalat Birliyi) gümüş, Adilə Xayırbəyova (“Neftqaztikinti” Tresti) isə bürünc medala layiq görülüb.Kişilər arasında 60 metr məsafənin qətində Rüstəm Rüstəmov (“SOCAR Polymer” Zavodu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azər Orucov (“Azərkimya” İstehsalat Birliyi) ikinci, Eynal Zaur Natiq (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə üçüncü olub.800 metr məsafəyə qaçışda Tural Almərdanov (“SOCAR Polymer” Zavodu) qızıl medala sahib olub. Elmir Səfərov (“SOCAR Polymer” Zavodu) ikinci, Vüqar Baloğlanov (Təhlükəsizlik İdarəsi) isə üçüncü yerə çıxıb.Uzunluğa tullanmada Sadiq İsmayılov (“Neftqaztikinti” Tresti) birinci yeri tutub. İlqar Həsənov (“Azərkimya” İstehsalat Birliyi) gümüş, Bəxtiyar Niftəliyev (“SOCAR Polymer” Zavodu) isə bürünc medal qazanıb.
Estafet yarışında “SOCAR Polymer” Zavodunun komandası (Vəliyeva Zərifə, Cəfərova Esmira, Rüstəmov Rüstəm, Niftəliyev Bəxtiyar) qalib adını qazanıb. “Neftqaztikinti” Tresti (Xametova Liliya, Nəsrəddinova Esmira, İsmayılov Sadiq, Hüseynov Araz) ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası (Niyazlı Ləman, Məmmədova Zərifə, Orucov Azər, Manafov Rauf) isə üçüncü yeri tutub.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.



































