
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadası davam edir.
“Neftçi” İdman Klubunun güləşçiləri turnirin 2 medalını qazanıblar. Sərbəst güləşçimiz Ramik Heybətov (74 kq) və yunan-Roma güləşçimiz Cavad Məmmədov (77 kq) yarışı bürünc medalla başa vurublar.
Xatırladaq ki, daha əvvəl cüdoçularımız turnirin 3 qızıl medalını qazanmışdılar.
