
“Neftçi” İdman Klubunun çimərlik güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib. Kasablanka çimərliyində keçirilən yarışın təsnifat mərhələsində inamla mübarizə aparan güləşçimiz B qrupuna vəsiqə qazanıb. Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn idmançımız yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Vüsal Əliyev üçüncü yer uğrunda qarşılaşmada fransalı Huqo Kuenonu üstələyərək bürünc medala layiq görülüb.