Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı sona yetib. Bakı Atıcılıq Mərkəzində gerçəkləşən və 5 gün davam edən yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən artıq idmançı mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçilərindən Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 565 xalla qalib adını qazanıb. Eyni növdə qarışıq komanda yarışında Leyli Əliyeva və Elvin Astanovdan ibarət cütlük də qızıl medala sahib olub. Vladislav Kalmıkov isə gümüş medala layiq görülüb. O, 50 metr məsafədə üçüncü yeri tutub. Digər atıcımız İmran Qarayev isə 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəşaçmada gümüş medala sahib olub.