• Sentyabr 8, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun daha iki boksçusu İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb. İdmançımız Nicat Hüseynov (55 kq) kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.
Murad Allahverdiyev (80 kq) də adını səkkizdəbir finala yazdırıb. O, albaniyalı Amar Koçini mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). Boksçumuz ikinci qarşılaşmasında macarıstanlı Filip Akilovla üz-üzə gələcək.
Qeyd edək ki, daha öncə klubumuzun digər təmsilçisi Səidcəmşid Cəfərov (75 kq) da səkkizdəbir finala vəsiqə qazanıb.