• Sentyabr 11, 2025
  • Redactor Neftchi
  • 0

İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan boksçusu Səidcəmşid Cəfərov (75 kq) mundialda uğurlu çıxışını davam etdirir. O, dörddəbir final mərhələsində ukraynalı Pavlo İlliuşa ilə qarşılaşıb. İdmançımız rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb və bu qalibiyyət sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Səidcəmşid Cəfərov sentyabrın 12-də keçiriləcək yarımfinal qarşılaşmasında özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək.
Qeyd edək ki, yarış sentyabrın 14-də başa çatacaq.