• Sentyabr 16, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada II turun oyunlarına yekun vurulub.

“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Ağstafa Gəncləri” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada təmsilçimiz rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Komandamızın heyətində Vüsal Hüseynov (2, 70), Tofiq Nəsibov (19, 81) və Ramil Orucov (77, 82) hərəyə iki dəfə fərqləniblər. Digər qollara isə Rövşən Şahmuradov (13) və İsa Zeynallı (40) imza atıb.